“Azərsun Holdinq”, “PASHA Real Estate” və “Dreamland Baku”nun dəstəyi ilə keçirilən “Azerbaijan Open 2026” qolf turnirinə yekun vurulub.
2016-cı ildən etibarən “Dreamland Golf Club” tərəfindən təşkil olunan və artıq ənənəvi xarakter daşıyan turnir bu il də yerli qolfsevərlərlə yanaşı, müxtəlif ölkələrdən olan həvəskar qolfçuları bir araya gətirib.
İki gün davam edən yarışda yerli və xarici iştirakçılar fərdi və komanda kateqoriyalarında mübarizə aparıblar.
Turnirin ümumi çempionu və komanda yarışının qalibi Xəlil Hüseynov, İlqar Əhmədov, Elman Rzayev və Tofiq Əfəndizadədən ibarət komanda olub.
İkinci yeri Nitin Kapoor, Kim Kwang Il, Kim Changsoo və Sang Jun Park tutub. Üçüncü pillədə isə Chris Williams, Mark Taylor, Brian Lawson və Graham Beattie qərarlaşıb.
Turnirin tərəfdaşları sırasında “Dreamland Golf Club”, Azərbaycan Qolf Federasiyası, “Khazar Fabrication”, “Shura Links”, “Paragraph”, “Zala Springs Golf Resort”, “Dreamland Golf Hotel”, “IMG”, “Kaşıbeyaz Baku”, “Bazarstore”, “The National Azerbaijan Golf Club” və “Dream Body Athletic Club & Spa” yer alıb.
Əhatə dairəsini ildən-ilə genişləndirən “Azerbaijan Open” Azərbaycanın qolf həyatında mühüm idman tədbirlərindən birinə çevrilir. Turnir həvəskar qolfçuların beynəlxalq yarış təcrübəsi qazanmasına, ölkədə qolfun daha geniş təbliğinə və bu idman növünə marağın artırılmasına mühüm töhfə verir.
Abatv.az