
Naxçıvan şəhərinin bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
AbaTV.az xəbər verir ki, bu barədə aidiyyəti qurum məlumat yayıb.
Bildirilib ki, təmir-quraşdırma işləri ilə əlaqədar olaraq bu gün, 24 iyul saat 14:10-dan etibarən işlər başa çatanadək Naxçıvan şəhərinin Atabəylər və Əlincə məhəllələrinin, eləcə də Əliqulu Qəmküsar küçəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Məlumata görə, təmir-quraşdırma işləri başa çatdıqdan dərhal sonra həmin ərazilərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.
Sakinlərdən yaranmış müvəqqəti narahatlığı anlayışla qarşılamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.