
Abatv.az xəbər verir ki, 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi Sevinc Yusifova vəzifəsindən azad edilib.
Məlumata görə, bu barədə TƏBİB-in İcraçı direktoru Anar Bayramov tərəfindən əmr imzalanıb.
Əmrə əsasən, Sevinc Yusifova təqaüdə göndərilib.
Qeyd edək ki, Sevinc Yusifovanın 27 nömrəli Şəhər Poliklinikasının baş həkimi vəzifəsindən azad edilməsinin səbəbi ilə bağlı əlavə məlumat verilməyib.