
Böyük Qayıdış Proqramı çərçivəsində Xocavənd rayonuna yola salınan növbəti köç karvanı artıq rayon mərkəzinə çatıb.
Abatv.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Məlumata görə, yeni köç edən ailələri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə Xocavənd rayonuna ümumilikdə 107 nəfərdən ibarət 27 ailə köçürülüb. Onlardan 20 ailə (81 nəfər) Xocavənd şəhərində, 2 ailə (9 nəfər) Qırmızı Bazar qəsəbəsində, 5 ailə (17 nəfər) isə Xocavənd kəndində daimi məskunlaşacaq.
Bildirilib ki, doğma yurdlarına qayıdan ailələr uzun illər ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.