Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə avqustun 10-da Bakının bir sıra ərazilərində transformator məntəqələrində (TM) təmir-təftiş işləri aparılacaq.
Abatv.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Dadaş Bünyadzadə, Arif Mehdiyev, Mirmövsüm Nəvvab və Elşən Müslümov küçələrinin bir hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Bundan başqa, Nərimanov RETSİ-nin xidmət ərazisinə daxil olan Yusif Vəzir Çəmənzəminli və Faiq Yusifov küçələrinin bəzi hissələrində saat 09:00-dan 12:00-dək elektrik enerjisinin verilişində fasilə yaranacaq.
“Azərişıq” ASC-dən bildirilib ki, təmir-təftiş işləri başa çatdıqdan sonra qeyd olunan ərazilərdə abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.