Aparılacaq təmir işləri ilə əlaqədar Bakının Sabunçu rayonunda iki küçədə nəqliyyat vasitələrinin hərəkətinə qismən məhdudiyyət tətbiq ediləcək.
Abatv.az xəbər verir ki, məhdudiyyət Bəşir Bünyadov küçəsinin bir hissəsini, həmçinin Ramana qəsəbəsində yerləşən Mehdi Hüseynzadə küçəsini əhatə edəcək.
Bildirilib ki, təmir işlərinə sentyabrın 5-də saat 07:00-dan başlanılıb. Hərəkətə tətbiq edilən qismən məhdudiyyət təmir işləri tam başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən aparılan təmir işlərinə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdən keçərkən diqqətli olmaları və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.