Ordubad rayonunun Düylün kənd tam orta məktəbinin məzunu Əhməd Hüseynov 627 bal toplayaraq Naxçıvan Dövlət Universitetinin “Kompüter mühəndisliyi” ixtisasına qəbul olunub.
Abatv.az xəbər verir ki, Əhməd Hüseynovun nəticəsi yüksək balla yanaşı, imtahan qaydalarında nəzərdə tutulan xüsusi imkanlardan istifadə etməsi ilə də diqqət çəkib.
Belə ki, o, aprelin 19-da keçirilən buraxılış imtahanında 300 bal toplayıb. Lakin məktəbdə tədris olunan əsas xarici dildən fərqli dil üzrə imtahan verdiyi üçün rəsmi olaraq maksimum nəticə göstərən məzunlar sırasında yer almayıb.
Dövlət İmtahan Mərkəzinin açıqlamasına görə, Əhməd Hüseynov buraxılış imtahanında Azərbaycan dili, riyaziyyat və rus dili fənləri üzrə iştirak edib. Azərbaycan dili və riyaziyyatdan 100 bal toplasa da, rus dilindən daha aşağı nəticə göstərib.
Ali təhsil müəssisələrinə qəbul zamanı isə abituriyentə buraxılış imtahanında iştirak etdiyi xarici dildən fərqli xarici dil seçmək imkanı verilib. Əhməd Hüseynov bu hüquqdan istifadə edərək ingilis dilini seçib və əlavə imtahanda həmin fəndən 100 bal toplayıb.
Nəticədə onun buraxılış imtahanı üzrə 300 balı, blok imtahanından topladığı 327 bal ilə birləşərək ümumi qəbul balı 627 olub.
Əldə etdiyi yüksək nəticə sayəsində Əhməd Hüseynov arzuladığı “Kompüter mühəndisliyi” ixtisasına qəbul olunub.