Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasında (CHP) diqqətçəkən siyasi hadisə baş verib.
AbaTV.az xəbər verir ki, yayılan məlumata əsasən, CHP-nin sabiq rəhbəri Özgür Özel və partiyanın 90 millət vəkili Cümhuriyyət Xalq Partiyasından istefa veriblər.
Bildirilib ki, Özgür Özel istefasından sonra YENİ Partiyanın Təsisçilər Şurasına qoşulub və partiyanın təsis sənədlərini imzalayıb.
Hadisə Türkiyə siyasi gündəmində geniş müzakirələrə səbəb olub. Hələlik CHP rəhbərliyi və digər rəsmi qurumlar məsələ ilə bağlı ətraflı açıqlama verməyiblər.