Rusiyanın Krasnoyarsk diyarının Yenisey rayonunda göbələk yığmaq üçün meşəyə gedən iki qadının meyiti aşkarlanıb.
Məlumata görə, qadınlar avqustun 31-də göbələk toplamaq məqsədilə evdən çıxıb və bir müddət sonra onlarla əlaqə kəsilib. Bundan sonra onların axtarışına Yenisey axtarış-xilasetmə şöbəsinin əməkdaşları ilə yanaşı, polis və könüllülər də cəlb olunub.
Axtarış tədbirləri nəticəsində meşəlik ərazidə qadınların meyitləri aşkar edilib.
İlkin məlumata əsasən, meyitlərdə vəhşi heyvan hücumuna xas izlər müəyyənləşdirilib. Qadınların ayının hücumuna məruz qalaraq öldüyü ehtimal olunur.
Hadisə ilə bağlı araşdırma aparılır və qadınların ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.
Abatv.az