Buzovnada dənizdə 30 yaşlı kişinin meyiti tapıldı
Bakı şəhərinin Xəzər rayonunun Buzovna qəsəbəsində dənizdə 30 yaşlı kişinin meyiti aşkarlanıb.
ABATV.az xəbər verir ki, hadisə ən yaxın sularda xilasetmə məntəqəsindən təxminən 2 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunublar.
Aparılan axtarışlar nəticəsində 1996-cı il təvəllüdlü Seymur Sadiq oğlu Allahverdiyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hadisənin səbəbləri araşdırılır.