Lənkəran rayonunda meşəlik ərazidə iki nəfərin meyiti aşkarlanıb.
ABATV.az xəbər verir ki, hadisə rayonun Havzava kəndi ərazisində baş verib.
Belə ki, 1997-ci il təvəllüdlü Xəzər Vurğun oğlu Mirzəyev və 2010-cu il təvəllüdlü Fidan Şahid qızı Məmmədovanın meyitləri rayonun “İbadi” adlanan meşəlik ərazisində aşkar edilib.
Hazırda onların ölüm səbəbləri araşdırılır.
Faktla bağlı müvafiq araşdırma aparılır.