ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində daha altı İran hərbçisinin həlak olduğu bildirilir.
Abatv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin İranın cənubundakı hədəflərə endirdiyi zərbələr nəticəsində İran Hərbi Dəniz Qüvvələrinin altı üzvü həyatını itirib.
Bildirilib ki, bundan əvvəl də həmin hücumlar zamanı İranın hərbi hava və dəniz qüvvələrinin üç pilotu həlak olub.
Qeyd edək ki, sentyabrın 1-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İran ərazisində bir sıra hədəflərə zərbələr endirildiyini açıqlayıb.
İran tərəfi isə buna cavab olaraq Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, İraq və Bəhreyn də daxil olmaqla, ABŞ-nin regiondakı hərbi bazalarına zərbələr endirib.
Hadisələrlə bağlı tərəflərdən yeni açıqlamalar verilməsi gözlənilir.