Ukrayna Prezidenti Volodimir Zelenski ölkədə hüquqi dövlət prinsiplərinin möhkəmləndirilməsi və qanunçuluğun təmin olunmasına verdiyi töhfələrə görə bir qrup şəxsi dövlət mükafatları ilə təltif edib.
Mükafatlandırılan şəxslər arasında Donetsk Xüsusi Müdafiə Prokurorluğunun rəhbəri, əslən Azərbaycanın Tovuz rayonundan olan Etibar Xaqani oğlu Səmədov da yer alıb.
Etibar Səmədov uzunmüddətli vicdanlı fəaliyyəti və yüksək peşəkarlığına görə Ukraynanın “Əmək və şücaətə görə” medalı ilə təltif olunub.
Müvafiq sərəncam Ukrayna Prezidentinin rəsmi internet saytında yayımlanıb.
Qeyd edək ki, Etibar Səmədov Ukraynanın hüquq-mühafizə sistemində yüksək vəzifədə fəaliyyət göstərir.