
Zərdab rayonunda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Abatv.az xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini Yaqub Bəsər oğlu Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında onun 2023-cü il təvəllüdlü qızı Əsma Yaqub qızı Kərimli qalıb.
Azyaşlı aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.