Bakının Nəsimi rayonunda yerləşən “Kəpəz” Hospitalda ölüm hadisəsi baş verib.
ABATV.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Almaniya vətəndaşı olan, türkəsilli Tulin Turp tibb müəssisəsində keçirdiyi plastik əməliyyatdan sonra vəfat edib.
Məlumata görə, Tulin Turp klinikada estetik cərrah Seymur Məmmədov tərəfindən əməliyyat olunub. Əməliyyatdan sonra onun səhhətinin kəskin pisləşdiyi və nəticədə həyatını itirdiyi bildirilir.
Hadisənin səbəbləri və ölümün hansı şəraitdə baş verməsi ilə bağlı araşdırma aparıldığı qeyd olunur.
Qeyd edək ki, daha əvvəl də Seymur Məmmədovun həyata keçirdiyi əməliyyatlardan sonra iki qadının ölümü ilə bağlı məlumatlar yayılıb. Bunlar 1989-cu il təvəllüdlü Nilufər Abdulla və 1991-ci il təvəllüdlü Pərvanə Mirzəyeva olub.
Məlumatlara əsasən, hər iki qadın S.Məmmədov tərəfindən “Etalon” klinikasında əməliyyat olunduqdan sonra vəfat edib.
Son hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmanın nəticələri gözlənilir.