Bakının Nəsimi rayonunda avtobusda yanğın hadisəsi baş verib.
Abatv.az xəbər verir ki, hadisə Şəmsi Bədəlbəyli küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğınla bağlı məlumat daxil olduqdan dərhal sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində avtobusda baş verən yanğın genişlənərək ətrafa yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtobusun yanar konstruksiyaları yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.
Həmçinin yanğının yaxınlıqdakı avtomobillərə keçməsinin qarşısı alınıb və nəqliyyat vasitələri yanğından mühafizə olunub.