Bakının Xətai rayonunda neft çənlərinin yerləşdiyi ərazidə güclü yanğın baş verib.
Abatv.az xəbər verir ki, hadisə 8 Noyabr prospekti yaxınlığında qeydə alınıb.
Yanğın nəticəsində ərazidən yüksələn güclü tüstü və alov ətrafdan aydın şəkildə müşahidə olunub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğının söndürülməsi və alovun digər çənlərə və yaxın ərazilərə keçməsinin qarşısının alınması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
Hadisənin səbəbləri, yanğının miqyası və mümkün xəsarət alanlarla bağlı rəsmi məlumat hələlik açıqlanmayıb.
Yanğından yeni görüntüləri təqdim edirik.
Əlavə məlumat daxil olduqca xəbər yenilənəcək.