Türkiyənin Bodrum şəhərində azərbaycanlı vətəndaşın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Abatv.az xəbər verir ki, hadisə zamanı 1988-ci il təvəllüdlü Azərbaycan vətəndaşı İbrahim Şükürov motosiklet idarə edərkən betonqarışdıran maşının altında qalıb.
Qəza nəticəsində ağır xəsarətlər alan Şükürova hadisə yerində ilkin tibbi yardım göstərilib. Daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılan yaralı həkimlərin müdaxiləsinə baxmayaraq, həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Betonqarışdıran maşının sürücüsü polis tərəfindən saxlanılıb. Qəzanın başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Kateqoriyalar: Hadisə | Yol-nəqliyyat hadisəsi | Azərbaycanlı | Türkiyə | Bodrum