Bakıda mənzil almaqda köməklik göstərəcəyi vədi ilə 15 min manat dələduzluq edən şəxs saxlanılıb.
Abatv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir şəxsin etibarından sui-istifadə edərək onun pulunu ələ keçirməkdə şübhəli bilinən 42 yaşlı X. Məmmədov saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, şübhəli şəxs zərərçəkənə mənzil almaqda köməklik göstərəcəyini vəd edərək onu aldadıb və ümumilikdə 15 min manat pulunu mənimsəyib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə X. Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.