
11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov dələduzluqda ittiham olunaraq həbs edilib.
Abatv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəkil vətəndaşın şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Məlumata görə, İlqar Həmidova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. Sözügedən maddələr təkrar və xeyli miqdarda dələduzluq əməllərini əhatə edir.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İlqar Həmidov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir.
Hazırda 11 saylı vəkil bürosu tərəfindən İlqar Həmidovun həbsi ilə bağlı hər hansı rəsmi münasibət bildirilməyib.
İş üzrə araşdırmaların davam etdirildiyi bildirilir.