Bakı şəhərinin Nərimanov rayonunda kişi meyiti aşkarlanıb.
Abatv.az xəbər verir ki, hadisə rayonun İzzəddin Həsənoğlu küçəsində qeydə alınıb.
Məlumata görə, Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Yalçın Cangirovun meyiti küçədə aşkar edilib. İlkin məlumata əsasən, meyitin üzərində hər hansı zorakılıq əlaməti müəyyən olunmayıb.
Faktla bağlı Nərimanov Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisənin səbəbləri və ölümün dəqiq səbəbi araşdırmanın nəticələrinə əsasən müəyyənləşdiriləcək.