Azərbaycanın paragüllə atıcısı Kamran Zeynalov Serbiyanın Novi Sad şəhərində keçirilən Dünya Kubokunda möhtəşəm uğura imza atıb.
AbaTV.az xəbər verir ki, bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, dünya və Avropa çempionu Kamran Zeynalov 50 metr məsafəyə tapançadan qarışıq atəş (P4) növü üzrə keçirilən final yarışında 222 xal toplayaraq bütün rəqiblərini geridə qoyub və qızıl medala layiq görülüb.
Beləliklə, Azərbaycan təmsilçisi Dünya Kubokunun qızıl medalını qazanaraq növbəti dəfə ölkəmizin idman uğurlarına mühüm töhfə verib.