"Qarabağ" növbəti transferini reallaşdırmağa çox yaxındır.
Abatv.az xəbər verir ki, Sportinfo.az-ın yaydığı məlumata görə, Ağdam təmsilçisi Nigeriyanın Gənclər Liqasının bombardiri Daniel Arierhini heyətinə qatmağa hazırlaşır.
Məlumata əsasən, 18 yaşlı hücumçu Azərbaycana dəvət olunub və yaxın günlərdə Bakıya gələcək.
Gənc futbolçu burada tibbi müayinədən keçəcək. Onun sağlamlıq vəziyyətində hər hansı problem aşkarlanmasa, "Qarabağ"la uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Daniel Arierhi Nigeriyanın Gənclər Liqasında məhsuldar çıxışı ilə diqqət çəkərək Ağdam klubunun transfer siyahısına daxil edilib.