Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə karyerasını Türkiyədə davam etdirəcək.
Abatv.az xəbər verir ki, Sportinfo.az-ın yaydığı məlumata əsasən, 23 yaşlı futbolçu Türkiyə Super Liqasında çıxış edəcək "Erzurumspor" klubu ilə razılığa gəlib.
Məlumata görə, forvard ABŞ təmsilçisindən bir illik icarə əsasında Türkiyə klubuna transfer olunub. Nəriman Axundzadənin yaxın günlərdə Türkiyəyə gedərək yeni komandasının məşqlərinə qoşulacağı bildirilir.
Qeyd edək ki, "Erzurumspor" ötən mövsüm I Liqanın çempionu olaraq beş illik fasilədən sonra yenidən Türkiyə Super Liqasına vəsiqə qazanıb.