Türkiyənin qadınlardan ibarət voleybol milli komandası 2026-cı il Avropa çempionatının finalında İtaliya yığmasını məğlub edərək titulunu qoruyub.
İstanbulda keçirilən həlledici qarşılaşma böyük mübarizə şəraitində baş tutub. Türkiyə millisi rəqibini 3:2 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb.
Finalın ilk setində İtaliya 25:16 hesabı ilə qalib gəlib. Türkiyə ikinci setdə 25:22 hesablı qələbə ilə hesabı bərabərləşdirib. Üçüncü setdə İtaliya yenidən üstünlük əldə edərək 25:12 hesabı ilə qalib gəlib.
Dördüncü setdə Türkiyə millisi toparlanaraq 25:21 hesabı ilə qalib gəlib və görüşün taleyini həlledici – beşinci setə daşıyıb.
Son setdə daha inamlı oyun nümayiş etdirən Türkiyə 15:10 hesabı ilə qalib gələrək final görüşünü 3:2 hesabı ilə başa vurub.
Beləliklə, Türkiyə qadın voleybol millisi Avropa çempionu titulunu qoruyaraq qitədəki üstünlüyünü bir daha nümayiş etdirib.
Qeyd edək ki, Türkiyə millisi bundan əvvəl 2023-cü ildə də Avropa çempionu olmuşdu.