“Qarabağ”ın polşalı qapıçısı Mateuş Koxalskinin klubdan ayrılacağı və karyerasını ölkəsində davam etdirəcəyi gözlənilir.
ABATV.az xəbər verir ki, Polşa mediasının yaydığı məlumata görə, 26 yaşlı qolkiper Krakovun “Vyeçista” klubuna keçməyə çox yaxındır. Tərəflər arasında danışıqların yekun mərhələyə çatdığı və transferin yaxın günlərdə rəsmən açıqlana biləcəyi bildirilir.
Koxalski artıq “Vyeçista”nın matçını tribunadan izləyib. Bu da onun Krakov təmsilçisinə keçidinin reallaşacağına dair ehtimalları daha da gücləndirib.
Məlumata görə, “Qarabağ” polşalı qapıçının satışından 500 min avrodan az məbləğ əldə edəcək.
Xatırladaq ki, Mateuş Koxalski 2024-cü ilin yayında “Qarabağ”a “Stal Mielec”dən transfer olunmuşdu. Polşalı qolkiper Ağdam klubunun heyətində avrokuboklar da daxil olmaqla mühüm qarşılaşmalarda iştirak edib.
Koxalskinin “Qarabağ”la müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulsa da, onun Polşaya qayıtması artıq real görünür.