Braziliyalı futbolçu Anderson Taliska ilə Türkiyənin “Fənərbağça” klubu arasındakı müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qanuntv.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
32 yaşlı yarımmüdafiəçi karyerasını Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Cəzirə” klubunda davam etdirəcək. Tərəflərin razılığı əsasında müqavilənin ləğvindən sonra futbolçunun BƏƏ təmsilçisinə keçidi rəsmiləşib.
Qeyd edək ki, Taliska 2024/2025 mövsümündə “Fənərbağça”ya qoşulub. Braziliyalı futbolçu İstanbul klubunun heyətində ümumilikdə 75 oyuna çıxıb, 44 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Taliska bundan əvvəl Türkiyənin digər nəhəngi “Beşiktaş”da da çıxış edib.