• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Hikmət Babaoğlu: Naxçıvanın 100 illik yarımblokadası başa çatır

Siyasət

13-08-2026, 10:35

 

Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvana son səfəri zamanı verdiyi əsas mesajlardan biri TRIPP marşrutunun açılmasına start verilməsi ilə bağlıdır.


Abatv.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu açıqlamasında bildirib.

 

Deputat qeyd edib ki, Azərbaycanın nəqliyyat kommunikasiyaları vasitəsilə Naxçıvanla birləşməsi muxtar respublikanın son 35 illik blokadasının, daha geniş tarixi müstəvidə isə təxminən bir əsrlik yarımblokadasının başa çatması deməkdir.


Hikmət Babaoğlunun sözlərinə görə, Naxçıvanın Azərbaycanın əsas ərazisindən ayrı düşməsinin əsas səbəblərindən biri Qərbi Zəngəzurun Ermənistana verilməsi olub. Deputat Naxçıvanın Türkiyə və İranla sərhədləri, eləcə də Ermənistan istiqamətində strateji mövqeyinin onun geosiyasi əhəmiyyətini daha da artırdığını vurğulayıb.


“Naxçıvanın bu mühüm üstünlüklərini nəzərə alan imperialistlər vaxtilə Naxçıvanı Azərbaycandan quru sərhədlərlə ayırmışdılar. Bu gün isə güclü Azərbaycan bunu bərpa edir”, – deyə deputat bildirib.


H.Babaoğlu Prezident İlham Əliyevin Naxçıvana 17-ci səfərinin Azərbaycanla Naxçıvan arasında kommunikasiyaların bərpasının başlanğıcı kimi qiymətləndirilə biləcəyini deyib.


Deputat son illərdə Naxçıvanda həyata keçirilən infrastruktur və sosial-iqtisadi layihələrin də muxtar respublikanın inkişafında mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, enerji təminatının gücləndirilməsi, sənaye və aqrosənaye müəssisələrinin yaradılması Naxçıvanın iqtisadi imkanlarını əhəmiyyətli dərəcədə artırıb.


Hikmət Babaoğlu bildirib ki, Naxçıvan hazırda inkişafının yeni mərhələsinə qədəm qoyur. Prezident İlham Əliyevin Naxçıvan Sənaye Parkının əsasını qoyması və hidroenerji qurğularının yaradılmasına start verilməsi bu prosesin mühüm istiqamətlərindəndir.

 

Deputatın fikrincə, Naxçıvanın gələcəkdə yalnız regional nəqliyyat və logistika mərkəzi deyil, qlobal əhəmiyyətli geoiqtisadi məkan kimi formalaşması mümkündür.


O qeyd edib ki, Naxçıvanın Avropa ilə Asiya arasında mühüm kommunikasiya xəttinə qoşulması onun strateji əhəmiyyətini daha da artıracaq:


“Əlbəttə, biz bu hadisəni sadəcə regional hadisə kimi qiymətləndirə bilmərik. Çünki dünya iqtisadiyyatının da, dünya siyasətinin də nəbzi Qlobal Cənub və Qlobal Qərb arasında atır. Naxçıvan da bu coğrafiyanın tam ortasındadır”.


H.Babaoğlu Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının bərpasının ölkənin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərindəki mövqeyini də gücləndirəcəyini bildirib.


Onun sözlərinə görə, Naxçıvandan İran istiqamətində yeni dəmir yolu xəttinin inşası və mövcud Culfadan keçən dəmir yolu bağlantısının inkişaf etdirilməsi Şimal-Cənub nəqliyyat marşrutunun mühüm seqmentlərindən birinə çevrilə bilər.


Deputat Şərq-Qərb istiqamətində isə Naxçıvandan böyük həcmdə yükdaşımaların həyata keçirilməsinin yeni iqtisadi imkanlar yaradacağını vurğulayıb. O hesab edir ki, bunun ətrafında logistika, ticarət, turizm və xidmət sektorlarının inkişafı üçün geniş imkanlar formalaşacaq.


Hikmət Babaoğlu Naxçıvanın Türkiyə, İran və Ermənistanla sərhəddə yerləşməsinin onun regional ticarət və kommunikasiya sistemində rolunu artırdığını da qeyd edib.


Deputat Naxçıvanın yalnız nəqliyyat qovşağı deyil, Azərbaycan mədəniyyətinin mühüm tarixi mərkəzlərindən biri olduğunu bildirib və gələcək kommunikasiyaların bu tarixi və mədəni əlaqələrin yeni mərhələdə inkişafına xidmət edəcəyini vurğulayıb.


Sonda H.Babaoğlu Naxçıvanın artan iqtisadi və logistika əhəmiyyətinin onun təhlükəsizliyi məsələsini də xüsusi aktuallaşdırdığını bildirib. Deputat Prezident İlham Əliyevin Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun qərargahında keçirdiyi görüşün də mühüm mesaj daşıdığını qeyd edib.


Onun sözlərinə görə, Azərbaycanın Naxçıvanın təhlükəsizliyini təmin etmək üçün güclü hərbi potensialının olması muxtar respublikanın yeni geosiyasi və geoiqtisadi mərhələdə inkişafının əsas təminatlarından biridir.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-07-2026, 17:17

Deputat: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələnin əsasını qoyur

İqtisadiyyat / Gündəm

12-08-2026, 10:00

İlham Əliyev Naxçıvanda inşa olunan günəş elektrik stansiyalarında görülən işlərlə tanış olub

Gündəm / Siyasət / Sosial / Cəmiyyət / Mədəniyyət / İncəsənət

6-05-2026, 12:10

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib

Cəmiyyət / Siyasət

12-08-2026, 10:28

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır

İqtisadiyyat

12-08-2026, 10:54

Naxçıvanın inkişafına 258 milyon manat ayrılacaq

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • Сегодня, 13:12
    Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE
  • Сегодня, 13:06
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman
  • Сегодня, 13:04
    Prezident Teymur Musayevi vəzifəsindən azad etdi – yeni təyinat
  • Сегодня, 13:03
    Pensiyaların hesablanması qaydası dəyişir: Bəzi vətəndaşlara aylıq əlavə veriləcək
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə