Şəki rayonunun 8 kəndində bu gün qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Abatv.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sentyabrın 4-də saat 10:00-dan etibarən işlər yekunlaşanadək Şəki rayonunun Aşağı Göynük, Köndələn, Abbaskənd, Birinci Biləcik, İkinci Biləcik, Baş Göynük, Qumux və Baş Layısqı kəndlərinin qaz təchizatında fasilə yaranacaq.
Qaz təchizatının aparılan işlər başa çatdıqdan sonra bərpa olunması nəzərdə tutulur.
Qeyd edək ki, fasilənin payız-qış mövsümünə hazırlıq məqsədilə həyata keçirilən texniki işlərlə əlaqədar olduğu bildirilib.