Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin yüksəldilməsi və artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 3-də Bakı şəhərində və bir sıra rayonlarda elektrik şəbəkələrində təmir işləri aparılacaq.
Bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata əsasən, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Abbas Mirzə Şərifzadə, Əhməd Cəmil, Mirəli Seyidov və Nazim Hikmət küçələrində, həmçinin Hüseyn Cavid prospektinin bir hissəsində yerləşən transformator məntəqəsində aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Abşeron RETSİ ərazisində, Xırdalan şəhərinin Məhəmməd Əmin Rəsulzadə, Nizami Gəncəvi və Razqrad küçələrinin bəzi hissələrində elektrik xəttində görüləcək təmir işləri səbəbindən saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Ağdaş Elektrik Şəbəkəsinin ərazisində isə 10 kV-luq “Dəhnə” hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 11:00-dan 12:30-dək Aşağı Ağcayazı, Dəhnə, Yuxarı Ağcayazı kəndləri, Türyançay qəsəbəsi, eləcə də Ağdaş şəhərində Yeni Məşəd küçəsi və 47-ci məhəllədə elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yevlax Elektrik Şəbəkəsinə daxil olan Aran qəsəbəsi və Salahlı kəndində saat 09:00-dan 13:00-dək, Aşağı Salamabad, Bəydili, Əcəmi, Gülövşə, Yenicə və Yuxarı Salamabad kəndlərinin bir sıra hissələrində isə saat 10:00-dan 14:00-dək elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq ediləcək.
Qeyd olunan ərazilərdə fasilələrin səbəbi 6 və 10 kV-luq elektrik xətlərində planlı təmir işlərinin həyata keçirilməsidir.
“Azərişıq”dan bildirilib ki, işlər başa çatdıqdan sonra abonentlərin elektrik enerjisi ilə təchizatının daha keyfiyyətli və dayanıqlı olması təmin ediləcək.
Abatv.az