• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Azərbaycanda kənd təsərrüfatı subsidiyalarında mühüm dəyişikliklər – Yeni məbləğlər açıqlanıb

Cəmiyyət

7-09-2026, 14:11

 

Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın və istehsalın artırılması, müasir suvarma texnologiyalarının tətbiqinin genişləndirilməsi, emal və ixrac yönümlü istehsalın təşviqi, heyvandarlıqda cins tərkibinin yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədilə subsidiya mexanizmlərində mühüm dəyişikliklər edilib.


Abatv.az xəbər verir ki, yeni qərara əsasən, bitkiçiliklə yanaşı, heyvandarlıq və balıqçılıq sahələrində də bir sıra yeni subsidiya mexanizmləri tətbiq olunacaq.


Taxıl əkinlərinə yeni subsidiya məbləğləri


Taxıl əkinləri üzrə subsidiyalar suvarma üsulu və istehsalın ixtisaslaşması nəzərə alınmaqla diferensiallaşdırılıb.


Dövlət Proqramına uyğun olaraq 22 ixtisaslaşmış rayonda müasir suvarma sistemi ilə buğda yetişdirən fermerlərə hər hektara 400 manat subsidiya veriləcək. Ənənəvi suvarma və dəmyə üsulu ilə aparılan taxıl əkinləri üzrə subsidiya isə 200 manat/ha müəyyənləşdirilib.


Müasir suvarma ilə təmin olunan sahələrdə kartof, tərəvəz, noxud, lobya və digər paxlalı bitkilər üzrə subsidiya 500 manat/ha, bostan bitkiləri üzrə isə 310 manat/ha olacaq.


Dağlıq rayonlarda və Naxçıvanda kartof və tərəvəz əkinləri üçün müasir suvarma ilə təmin olunan sahələrə 600 manat/ha, digər sahələrə isə 400 manat/ha subsidiya ödəniləcək.


Lazer hamarlama texnologiyasına əlavə dəstək


Torpaq və su resurslarından daha səmərəli istifadə məqsədilə lazer hamarlama texnologiyasının tətbiqinə də əlavə subsidiya nəzərdə tutulub.


Bütün suvarılan ərazilərdə bir parseldə azı 5 hektar buğda əkini həyata keçirildikdə, əkinə qədər lazer hamarlama tətbiqinin ilk ilində fermerə hər hektara əlavə 250 manat subsidiya veriləcək.


Pambıqçılıq rayonlarında isə ən azı 5 hektar pambıq sahəsində lazer hamarlama tətbiqinin ilk ilində məhsul subsidiyasına hər ton üçün 50 manat əlavə ediləcək.


Lazer hamarlama aparılan sahələr Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan olunacaq. Monitorinqlər zamanı rəqəmsal və süni intellekt əsaslı həllərdən istifadə ediləcək.


İstixana və yeni bitkilərə dəstək artırılır


Yeni mexanizm çərçivəsində istixanalar üçün əkin subsidiyasının məbləği istifadə olunan texnologiyadan asılı olaraq 500-5 000 manat/ha arasında dəyişəcək.


Belə ki:


- IV nəsil şüşə istixanalarına – 5 000 manat/ha;

- polikarbonat istixanalara – 3 000 manat/ha;

- yüksək keyfiyyətli polietilen istixanalara – 2 500 manat/ha subsidiya veriləcək.


Yeni bitkilərin yetişdirilməsinin təşviqi məqsədilə aroniya bağlarına 7 500 manat/ha, açıq sahədə qızılgül əkinlərinə isə 6 000 manat/ha subsidiya nəzərdə tutulur.


Üzümçülük və bağçılıq sahəsində yeniliklər


Butik şərabçılığın inkişafı üçün 5-20 hektar sahədə salınan super-intensiv üzüm bağlarına 20 000 manat/ha, intensiv üzüm bağlarına isə 10 000 manat/ha subsidiya veriləcək.


2030-cu ilədək ölkədə 20 butik şərab evinin yaradılması hədəflənir.


Bağçılıqda sertifikatlı ting tələbi saxlanılacaq. Bununla yanaşı, EC və virus analizlərinin tələb olunmaması nəzərdə tutulur.


İntensiv zeytun bağları üçün minimum sahə tələbi 50 hektardan 5 hektara, Naxçıvanda isə 1 hektara endiriləcək. Püstə bağlarında yüksəklik həddi isə 1 000 metrədək artırılacaq.


Pambıq və emal məhsullarına subsidiyalar


Pambıq üzrə subsidiya suvarma üsulundan asılı olaraq 200-300 manat/ton təşkil edəcək. Damcı suvarma tətbiq olunan sahələrdə bu məbləğ 300 manat/ton olacaq.


Emal məhsulları üzrə də yeni subsidiya mexanizmləri tətbiq ediləcək. Texniki üzüm və xurmaya 50 manat/ton, zeytun və taxta qabıqlı badama 30 manat/ton, qızılgülə 100 manat/ton, biyan və pivəlik arpaya müvafiq olaraq 10 və 50 manat/ton subsidiya veriləcək.


Lazer hamarlama tətbiq olunmaqla istehsal edilən buğdaya 40 manat/ton, Naxçıvanda isə 50 manat/ton subsidiya ödəniləcək.


Toxumçuluğa əlavə dəstək


Yerli super-elit buğda və arpa toxumu istehsalçılarına hər hektara 470 manat, xarici mənşəli toxumçuluğa isə 300 manat əlavə əkin subsidiyası veriləcək.


Sertifikatlı toxum tələbinin tətbiq sahəsi də dəyişdirilərək minimum əkin sahəsi 5 hektara endiriləcək.


Beynəlxalq sertifikatlara maliyyə dəstəyi


Fermer və istehsalçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi məqsədilə Global G.A.P., FSSC 22000, HACCP, GRASP, BRCGS, FSMA və orqanik sertifikatların alınmasına 7 000-36 000 manat arasında maliyyə dəstəyi göstəriləcək.


Sertifikatların saxlanılması üçün isə illik 10 faiz həcmində dəstək nəzərdə tutulur.


Fermerlər əkin subsidiyasını əvvəlcədən ala biləcək


Yeni mexanizmlər arasında avans subsidiya da yer alır.


Şərtlərə uyğun fermerlər əkin subsidiyasının 30 faizini əvvəlcədən əldə edə biləcəklər. Bu mexanizm 5-100 hektar sahəsi olan və fermer reytinqi 30-dan yüksək olan təsərrüfatlara şamil ediləcək.


Sığorta tələbləri dəyişir


Buğda, arpa, çəltik, qarğıdalı və günəbaxan üzrə sığorta tələbi 7 hektardan başlayacaq.


Yeni salınan bağların isə ən azı 3 il müddətində sığortalanması tələb olunacaq.


Texnika, günəş panelləri və müəyyən avadanlıqlar üzrə güzəştlər 50 faizədək, yerli damcı suvarma sistemlərində 60 faiz, kiçik şərabçılıq avadanlıqlarında 60 faiz, istixana avadanlıqlarında isə 20 faiz təşkil edəcək.


Sərhədyanı ərazilərdə fəaliyyət göstərən təsərrüfatlar üçün subsidiya əmsalına əlavə 0,5 bənd tətbiq olunacaq.


Balıqçılıq və heyvandarlıq sahəsində yeni subsidiyalar


Balıqçılıq sahəsində qızılbalıqkimilər və nərəkimilərə hər ton üçün 2 000 manat, çəkikimilər və naxakimilərə isə 600 manat subsidiya veriləcək.


Naxçıvanda süfrəlik yumurta istehsalçılarına hər 1 000 ədəd yumurtaya 30 manat subsidiya nəzərdə tutulur.


Emal müəssisəsinə təhvil verilən soyudulmuş xam süd üçün hər litrə 7 qəpik, yəni hər tona 70 manat subsidiya ödəniləcək. Kooperativlər üçün isə əlavə 20 faiz subsidiya tətbiq olunacaq.


“Qarabağ” və “Dilbaz” atlarının inkişafına da xüsusi dəstək göstəriləcək. Yaş və cinsdən asılı olaraq hər ata illik 600-1 000 manat subsidiya veriləcək.


Yeni intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarında subsidiya 1 000-1 500 manat/baş, mövcud təsərrüfatlarda isə 200-800 manat/baş/il təşkil edəcək.


Ən azı 100 hektar örüş sahəsi və 500 baş heyvanı olan xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarına hər baş heyvana 4 manat subsidiya veriləcək.


Ət, dəri və yun istehsalına da dəstək artırılır. Çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanların hər kiloqram diri çəkisinə 0,4 manat, dərilərə 0,3-3 manat/ədəd, yuna isə 0,3 manat/kq subsidiya nəzərdə tutulur.


Süni mayalanma nəticəsində əldə edilən buzovun növündən asılı olaraq subsidiya məbləği 50-250 manat arasında müəyyənləşdirilib.


Yeni subsidiya mexanizmlərinin əsas məqsədi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi, su və torpaq resurslarından səmərəli istifadə, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yerli istehsalın və ixrac potensialının artırılması, həmçinin ölkənin ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsidir.

Paylaş:
Digər xəbərlər

Siyasət

22-07-2026, 17:17

Deputat: İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan–Almaniya münasibətlərində yeni strateji mərhələnin əsasını qoyur

Sosial

3-09-2026, 14:03

Tibb işçilərinin maaşları artırılır: Yeni model səhiyyə sistemində nəyi dəyişəcək?

Cəmiyyət / Siyasət

12-08-2026, 10:28

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır

Siyasət

22-07-2026, 16:58

Deputat: İlham Əliyevin Almaniyaya səfəri Bakı–Berlin münasibətlərində yeni mərhələnin əsasını qoyur

Siyasət

22-07-2026, 16:43

Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələ: Strateji tərəfdaşlıq və İşgüzar Şura əməkdaşlığa yeni imkanlar açır

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
13-09-2026, 20:33
Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
13-09-2026, 20:17
Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
13-09-2026, 09:22
Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
12-09-2026, 17:02
İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
12-09-2026, 13:39
Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
12-09-2026, 13:27
Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
Son xəbərlər
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
  • 12-09-2026, 10:11
    MKİ 11 sentyabr terroru ilə bağlı 101 səhifəlik sənədləri məxfilikdən çıxardı
  • 12-09-2026, 10:05
    Xarici diplomatlar Qarabağ və Şərqi Zəngəzurda – Şuşadan yeni görüntülər
  • 12-09-2026, 10:01
    🇦🇿 Qusar Rayon İcra Hakimiyyəti dövlət bayraqları alır – Tenderin məbləği AÇIQLANDI
  • 12-09-2026, 09:56
    🇦🇿 Fərid Şəfiyev BMTMM-in sədri təyin edildi – Sərəncam
  • 11-09-2026, 13:53
    Bakıda yataqxanada 47 yaşlı kişinin meyiti tapılıb
  • 11-09-2026, 13:44
    ⚖️ Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxundu
  • 11-09-2026, 13:41
    🇵🇰🇦🇿 Pakistanın Baş naziri oktyabrda Azərbaycana səfər edəcək
  • 11-09-2026, 13:35
    Xankəndidə yaşayan əhalinin sayı açıqlandı
  • 11-09-2026, 13:30
    Sumqayıtda tikintidə bədbəxt hadisə baş verib – fəhlə ölüb
  • 11-09-2026, 13:05
    🇦🇿 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məktəbi ziyarət edib
  • 11-09-2026, 13:02
    Ötən il 877 nəfər 15-17 yaş aralığında ana olub
  • 11-09-2026, 12:56
    DİM sədri: “Bərabərlik hər kəsə eyni şeyi vermək deyil”
  • 11-09-2026, 12:52
    Bu gün Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödəniləcək
  • 11-09-2026, 12:33
    Bakıda anasının imtina etdiyi körpə ilə bağlı yeni təfərrüatlar: bir neçə anadangəlmə inkişaf qüsuru aşkarlanıb
  • 10-09-2026, 15:25
    Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmiyə dron hücumu: 2 ölü, 2 yaralı
  • 10-09-2026, 15:17
    Prezident Qaradağda yeni müəssisənin açılışında iştirak etdi – 240 nəfər işlə təmin olunacaq
  • 10-09-2026, 15:12
    Prezidentdən dövlət qurumlarının büdcədənkənar vəsaitləri ilə bağlı YENİ FƏRMAN
  • 10-09-2026, 15:07
    Xəzərdə zəlzələ oldu
  • 10-09-2026, 15:04
    9 illik baza üzrə kollec seçimi bu gün başa çatır – SON SAAT
  • 10-09-2026, 15:02
    Xocalıda mina partlayışı: Əməkdaşın ayağı amputasiya olunub
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə