Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Respublika Süni Mayalanma Mərkəzinə yeni direktor təyin olunub.
Abatv.az xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə Ceyhun Nəsibov gətirilib.
Məlumata görə, Ceyhun Nəsibov yeni təyinatadək “Yalama Agropark”da çalışıb.
Qeyd edək ki, Respublika Süni Mayalanma Mərkəzinin əvvəlki direktoru Elton Əbdülrəhmanov olub.
Yeni təyinatın mərkəzin fəaliyyətinin daha da təkmilləşdirilməsi və heyvandarlıq sahəsində süni mayalanma xidmətlərinin inkişafına töhfə verməsi gözlənilir.