ABŞ ordusunun Oman körfəzində mayeləşdirilmiş karbohidrogen qazı daşıyan tankerə zərbə endirdiyi iddia olunur.
Abatv.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində tankerin heyətinin iki üzvü həyatını itirib.
Bildirilir ki, ABŞ hərbçiləri tankerin İran qazını daşıdığını ehtimal edərək gəmiyə iki raket zərbəsi endiriblər.
Hazırda hadisə ilə bağlı ABŞ rəsmiləri tərəfindən rəsmi açıqlama verilməyib. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.
Hadisənin təfərrüatları və tərəflərin mövqeyi ilə bağlı əlavə məlumat olduqca ictimaiyyətə təqdim ediləcək.