Yaponiyanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.
AbaTV.az xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, zəlzələ Kumamoto prefekturasında qeydə alınıb. Güclü yeraltı təkanlardan sonra bölgənin sahil əraziləri üçün sunami xəbərdarlığı elan edilib.
Rəsmi qurumlar sahilyanı ərazilərdə yaşayan sakinləri dənizdən uzaq durmağa və təhlükəsiz, yüksək ərazilərə təxliyə olunmağa çağırıblar. Sunami dalğalarının hündürlüyünün 1 metrə qədər çata biləcəyi bildirilib.
İlkin məlumata görə, zəlzələ nəticəsində atom elektrik stansiyalarında hər hansı qeyri-adi vəziyyət qeydə alınmayıb. Eyni zamanda, dəymiş zərərin həcmi və mümkün insan tələfatı ilə bağlı qiymətləndirmələr davam etdirilir.