İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabiti öldürülüb.
Abatv.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalına istinadən məlumat yayılıb.
Bildirilib ki, hadisə İranın Kürdüstan əyalətinin Sənəndəc şəhərində baş verib.
Məlumata görə, naməlum silahlı şəxs SEPAH zabitini pusquya salaraq güllələyib. Hadisə nəticəsində zabit həyatını itirib.
Hadisənin təfərrüatları, hücumun motivi və silahlı şəxsin kimliyi barədə əlavə məlumat verilməyib.