Samux rayonunda faciəli hadisə baş verib. Rayon ərazisində yerləşən yaylaqlardan birində çobanın meyiti aşkarlanıb.
Məlumata görə, hadisə Samux rayonunun yaylaq ərazisində qeydə alınıb. Füzuli kənd sakini, 1969-cu il təvəllüdlü Zöhrab İlyasovun meyiti ərazidə tapılıb.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyitə baxış keçirilib və zəruri prosessual tədbirlər həyata keçirilib.
Faktla bağlı araşdırmalara başlanılıb. Hadisənin başvermə səbəbi və ölümün dəqiq şəraiti aparılan istintaq nəticəsində müəyyənləşdiriləcək.