Şahbuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
ABATV.az xəbər verir ki, hadisə Şahbuz-Batabat magistralında qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan VAZ-21013 markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobildə olan Biçənək kənd sakini, 1950-ci il təvəllüdlü Əsli Cəlil qızı Cəlilova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır. Qəzanın başvermə səbəbləri araşdırma zamanı müəyyənləşdiriləcək.