Zərdab rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, "Mercedes-Benz" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Qəza zamanı avtomobildə olan sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Yol-nəqliyyat hadisəsi nəticəsində sürücü və avtomobildə olan daha iki sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar. Onların müalicəsi həkim nəzarəti altında davam etdirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Qəzanın dəqiq başvermə səbəbləri araşdırmaların yekunundan sonra məlum olacaq.