Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə sentyabrın 6-da saat 00:20 radələrində Quba-Xaçmaz avtomobil yolunun rayonun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Quba rayon sakini, 24 yaşlı Seyfəlmülk Telman oğlu Eldarovun idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb və daha sonra aşıb.
Qəza zamanı sürücü və sərnişin, 26 yaşlı Roman Eynulla oğlu Ramazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Avtomobildə olan digər sərnişin, 26 yaşlı Sənan Samir oğlu Ramazanov isə aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.