Şəki rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun rayonun Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, Vüsal Qarayevin idarə etdiyi avtomobil yolu keçən 51 yaşlı Rizvan Xəlilovu vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.