Göyçay rayonunda faciəvi hadisə baş verib.
Hadisə rayon ərazisində yerləşən yaşayış evlərindən birində qeydə alınıb. Məlumata görə, rayon sakini olan qadın qucağında üçaylıq körpə ilə evdən həyətə düşərkən pilləkəndən yıxılıb.
Yıxılma zamanı körpə anasının qucağından yerə düşüb və baş nahiyəsindən ağır xəsarət alıb.
Üçaylıq körpə aldığı xəsarətlər nəticəsində həyatını itirib.
Hadisənin təfərrüatları və digər hallar araşdırılır.