Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində zavodda ölüm hadisəsi baş verib.
ABATV.az xəbər verir ki, hadisə avqustun 9-da saat 16 radələrində qəsəbə ərazisində yerləşən zavodlardan birində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Elnur Vidadi oğlu İsmayılzadə usta köməkçisi kimi çalışdığı zavodda dam örtüyünün dəyişdirilməsi işlərini həyata keçirərkən yıxılıb.
Ağır xəsarətlər alan Elnur İsmayılzadə xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır. Ölümün dəqiq səbəbləri və hadisənin hansı şəraitdə baş verdiyi araşdırma nəticəsində müəyyənləşdiriləcək.