Zəyəm-Dəllər sahəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Abatv.az xəbər verir ki, hadisə bu gün gecə saat 02:00 radələrində qeydə alınıb.
Məlumata görə, 135 km/saat sürətlə hərəkət edən Tbilisi-Bakı sərnişin qatarının qarşısına qəfildən 24 yaşlı kişi çıxıb. Məsafənin az olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb və həmin şəxs hadisə yerində həyatını itirib.
“Azərbaycan Dəmir Yolları” vətəndaşlara dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən və piyada keçidlərindən keçməyi, həyat üçün təhlükə yarada biləcək hərəkətlərdən çəkinməyi tövsiyə edib.
Qurumdan bildirilib ki, sürücü və piyadaların diqqətsizliyi, ani tələskənliyi və təhlükəsizlik qaydalarına laqeyd yanaşması ağır nəticələrə səbəb ola bilər.
“Yol hər zaman qatarındır”, – deyə “Azərbaycan Dəmir Yolları”ndan vurğulanıb.