Hacıqabulda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Abatv.az xəbər verir ki, qəza Bakı-Qazax avtomobil yolunun 122-ci kilometrliyində qeydə alınıb.
İlkin məlumata görə, “Mercedes” markalı avtomobil hərəkətdə olarkən aşıb.
Qəza nəticəsində avtomobilin sürücüsü Həsən Quliyev və sərnişin Rahidə Abdullayeva həyatını itirib. Daha 4 sərnişin müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.