
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov qəfil vəfat edib.
Abatv.az xəbər verir ki, mərhumun vəfatı barədə məlumat onun yaxınları tərəfindən paylaşılıb.
Məlumata görə, Vüsal İbrahimovun meyiti Şamaxı şəhərində yaşadığı evdə aşkarlanıb.
Onun hansı səbəbdən vəfat etdiyi hələlik məlum deyil. Ölümün səbəbi ilə bağlı rəsmi məlumat açıqlanmayıb.
Allah rəhmət eləsin!