Goranboy rayonunda gənc oğlanın meyitinin aşkarlanması ilə bağlı araşdırma aparılır.
Hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
İlkin məlumata görə, kənd sakini, 2008-ci il təvəllüdlü Ü. Ağayevin meyiti yaşadığı evdə aşkar edilib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə polis və prokurorluq əməkdaşları cəlb olunub. Meyit müvafiq ekspertiza üçün aidiyyəti üzrə təhvil verilib.
Hazırda ölümün səbəbi məlum deyil. Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
Araşdırmanın nəticəsindən sonra hadisənin səbəbi və digər təfərrüatlar barədə əlavə məlumat veriləcəyi gözlənilir.