İsveçrənin SWISS aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətində yaranan problem səbəbindən Bakıya məcburi eniş edib.
Abatv.az xəbər verir ki, hadisə oktyabrın 19-da Sürix-Şanxay marşrutu üzrə SWR-188 reysini yerinə yetirən hava gəmisində baş verib.
Heydər Əliyev Beynəlxalq Aeroportunun məlumatına görə, təyyarənin kapitanı sərnişinlərdən birinin səhhətində yaranan problemə görə məcburi eniş üçün müraciət edib.
“Airbus A350-900” tipli hava gəmisi yerli vaxtla saat 19:21-də Bakı hava limanına uğurla eniş edib.
Hadisə ilə bağlı əlavə məlumat açıqlanmayıb.