• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video

Dövlət əleyhinə çağırışlarla bağlı daha 7 nəfər beynəlxalq axtarışa verildi

Cəmiyyət

Сегодня, 09:17

 

Dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və dini zəmində nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlarla bağlı cinayət işi üzrə daha 7 nəfər beynəlxalq axtarışa verilib.


Abatv.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.


Məlumata görə, cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. Araşdırma zamanı Türkiyədə yaşayan və fəaliyyət göstərən bir sıra şəxslərin sosial şəbəkələr və müxtəlif internet platformaları vasitəsilə Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, habelə dini radikalizm zəminində zorakılığa, dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş materiallar hazırlayaraq yaymalarına dair əsaslı şübhələr müəyyən edilib.


İstintaq materiallarında qeyd olunur ki, araşdırılan çıxış və paylaşımların məzmunu, onların yayılma üsulları, auditoriyası və ictimaiyyətə çatdırılma şəraiti hüquqi baxımdan qiymətləndirilib.


Baş Prokurorluğun məlumatına əsasən, beynəlxalq axtarışa verilən şəxslər aşağıdakılardır:


- Rıdvan Kaya — 1961-ci il təvəllüdlü, “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif;

- Zekeriyya Ceran — 1981-ci il təvəllüdlü, Abdullah İmamoğlu adı ilə tanınan, “Köklü Değişim” nəşrində yazıçı və “Değişim TV”nin aparıcısı;

- Fatih Tezcan — 1976-cı il təvəllüdlü, “Analiz Merkezi” internet resursunun təsisçisi və proqram müəllifi;

- Ahmet Şanlı — 1971-ci il təvəllüdlü, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri;

- Fahrettin Taşkaya Saral — 1971-ci il təvəllüdlü, araşdırmaçı;

- Abdurrahman Tumer — 1975-ci il təvəllüdlü, “Facebook” sosial şəbəkəsində müvafiq profili olan şəxs;

- Alparslan Tanrıkulu — moderator və idmançı kimi fəaliyyət göstərən şəxs.


İstintaqın ilkin nəticələrinə əsasən, həmin şəxslərin 25 sentyabr–18 oktyabr 2026-cı il tarixlərində “X”, “Facebook”, “Instagram”, “YouTube”, “TikTok” və digər internet resurslarında yaydıqları materiallarda qanunla nəzərdə tutulan cinayət əlamətlərinin olduğu ehtimal edilir.


Məlumatda, həmçinin Rıdvan Kayanın 3 oktyabr 2026-cı ildə Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunun qarşısında keçirilən aksiyada, Rıdvan Kaya və Zekeriyya Ceranın isə 13 oktyabrda Azərbaycanın Ankaradakı səfirliyinin qarşısında təşkil olunan aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar etdikləri və dini radikalizm məzmunlu çıxışlar səsləndirdikləri bildirilir.


Barələrində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib


Baş Prokurorluğun məlumatına görə, 19 oktyabr 2026-cı ildə həmin 7 nəfər Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilib.


İstintaq orqanının vəsatətləri və prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və beynəlxalq axtarış elan olunub.


Hazırda cinayət işi üzrə araşdırmalar davam edir. Təqsirləndirilən şəxslərə aid edilən əməllərin bütün hallarının müəyyənləşdirilməsi, elektron sübutların toplanması və yoxlanılması, materialların müəllifliyinin araşdırılması istiqamətində zəruri istintaq hərəkətləri həyata keçirilir.


Bununla yanaşı, iş üzrə hüquqi prosedurların təmin edilməsi məqsədilə beynəlxalq hüquqi yardım və əməkdaşlıq mexanizmlərindən istifadə olunur, Türkiyənin və digər tərəfdaş dövlətlərin aidiyyəti qurumları ilə qarşılıqlı fəaliyyət göstərilir.


Baş Prokurorluq vurğulayıb ki, Azərbaycan Respublikasının Konstitusiyası ilə vicdan və dini etiqad, fikir və söz azadlığı, eləcə də qanuni vasitələrlə ictimai-siyasi mövqeyini ifadə etmək hüququ təmin edilir. Bununla belə, həmin hüquq və azadlıqlar dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorakılıq yolu ilə dəyişdirilməsinə və dini nifrət və düşmənçiliyin qızışdırılmasına yönəlmiş çağırışlara hüquqi əsas yaratmır.


Qeyd olunub ki, bu xarakterli qanunazidd əməllərlə bağlı şəxslərin vətəndaşlığından, yaşadıqları ölkədən və istifadə etdikləri informasiya platformasından asılı olmayaraq, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görüləcək.


Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Siyasət

12-08-2026, 10:28

Naxçıvanda elektrik avtobusları istifadəyə veriləcək – dəmir yolu infrastrukturunda genişmiqyaslı işlər aparılır

Hadisə

25-07-2026, 11:41

Ermənistan vətəndaşlarının apellyasiya şikayətləri üzrə məhkəmə prosesi davam edir

Cəmiyyət

18-07-2026, 20:44

Bakıda tapılan bacı-qardaşın taleyi dövlət nəzarətindədir

Hadisə

7-08-2026, 13:30

Tərtərdə dəhşətli cinayətin üstü açıldı: Yaşlı ər-arvad qətlə yetirilib, evə od vurulub

Cəmiyyət

31-07-2026, 09:13

Prezidentdən mühüm qərar: Bu məlumatları yayan saytların fəaliyyəti məhdudlaşdırılacaq

İncəsənət
Təbəssüm İnkişaf Mərkəzi – Hər Bir Uşağın Gələcəyinə Sevgi, Elm və Peşəkarlıqla Açılan Qapı
Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova : "Ulu Öndər Heydər Əliyev müasir Azərbaycan respublikasının yaradıcısı və banisidir".
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
Hadisə
Сегодня, 13:39
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib
Сегодня, 09:26
Sürix-Şanxay reysi Bakıya məcburi eniş edib
Вчера, 13:38
Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək ölüb
Вчера, 13:36
Əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edildi
Вчера, 13:29
Şuşada polis mayoru vəfat etdi – Xidməti vəzifəsini yerinə yetirərkən elektrik cərəyanı vurmuşdu
Вчера, 13:20
İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib
Son xəbərlər
  • Сегодня, 14:21
    Zəngilan şəhərinin işğaldan azad edilməsindən altı il ötür
  • Сегодня, 13:47
    Aşqabadda Leyla Əliyeva, Oğulcahan Atabayeva və Saida Mirziyoyeva arasında üçtərəfli görüş keçirilib
  • Сегодня, 13:39
    Azərbaycanda vəzifəli şəxs qəfil vəfat edib
  • Сегодня, 11:16
    Elektron ticarətlə bağlı qanunvericiliyə dəyişikliklər təklif olunur
  • Сегодня, 11:03
    Leyla Əliyeva Arkadağ şəhərində atüstü oyunlar qrupunun çıxışını izləyib
  • Сегодня, 09:37
    Alyona Əliyeva Bakıda İnklüziv Təlim və Tədris Mərkəzinin açılışından paylaşım edib
  • Сегодня, 09:26
    Sürix-Şanxay reysi Bakıya məcburi eniş edib
  • Сегодня, 09:17
    Dövlət əleyhinə çağırışlarla bağlı daha 7 nəfər beynəlxalq axtarışa verildi
  • Сегодня, 09:07
    Leyla Əliyeva Türkmənistana səfərə gedib
  • Сегодня, 08:59
    Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb
  • Вчера, 13:38
    Şamaxıda 7 yaşlı uşaq su ilə dolu bidona düşərək ölüb
  • Вчера, 13:36
    Əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs edildi
  • Вчера, 13:29
    Şuşada polis mayoru vəfat etdi – Xidməti vəzifəsini yerinə yetirərkən elektrik cərəyanı vurmuşdu
  • Вчера, 13:25
    “Borussiya Dortmund” Bakıya yola düşdü
  • Вчера, 13:20
    İsmayıllıda 3 maqnitudalı zəlzələ baş verib
  • Вчера, 13:17
    Bakıda məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir nəfər həbs edildi
  • Вчера, 13:12
    Anar Bayramov səhiyyə naziri təyin edildi – DOSYE
  • Вчера, 13:06
    TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi – Prezidentdən Fərman
  • Вчера, 13:04
    Prezident Teymur Musayevi vəzifəsindən azad etdi – yeni təyinat
  • Вчера, 13:03
    Pensiyaların hesablanması qaydası dəyişir: Bəzi vətəndaşlara aylıq əlavə veriləcək
  • 13-09-2026, 20:33
    Mingəçevirdə keçmiş məcburi köçkünlərin yaşadığı binada yanğın – sakinlər təxliyə edildi
  • 13-09-2026, 20:30
    Azərbaycanda 3600 il əvvələ aid inanılmaz tapıntı – FOTO
  • 13-09-2026, 20:17
    Sakit okeanda onlarla insanın olduğu bərə batıb – 30-dan çox itkin
  • 13-09-2026, 09:37
    Gəncənin bir sıra ərazilərində qaz təchizatı məhdudlaşdırılıb
  • 13-09-2026, 09:32
    Sürücülərin nəzərinə: Bakının əsas prospektlərindən birində təmir başlayır
  • 13-09-2026, 09:25
    İran Hörmüz boğazının açılması üçün ABŞ-yə 7 şərt irəli sürüb
  • 13-09-2026, 09:22
    Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılarkən yaralandı
  • 13-09-2026, 08:30
    Hikmət Hacıyev: Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir
  • 13-09-2026, 00:00
    Məmməd Musayev həbsin bir addımlığında? - "Turanbank" da araşdırılacaq
  • 12-09-2026, 17:02
    İtkin düşmüş 8 nəfər tapılaraq ailələrinə təhvil verildi
  • 12-09-2026, 16:58
    “Qarabağ” və “Sabah” Çempionlar Liqasının ən ucuz heyətləri sırasında
  • 12-09-2026, 16:53
    Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yeni sistem tətbiq ediləcək
  • 12-09-2026, 13:39
    Ağstafada həyat yoldaşını boğaraq öldürməyə cəhd edən şəxsə 11 il 3 ay həbs verildi
  • 12-09-2026, 13:27
    Azərbaycanda nadir tibbi hadisə: Döl qaraciyərdə inkişaf edib
  • 12-09-2026, 10:13
    Trampdan İranla müharibə ilə bağlı açıqlama: “İranlılar məğlubiyyətə uğrayacaqlar”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Kazımov
  • Tel: (+99455) 266 63 89
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • İncəsənət
  • Video
Müəllif hüquqları qorunur. Abatv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə