
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva oktyabrın 19-da Türkmənistana səfər edib.
Abatv.az xəbər verir ki, Leyla Əliyevanı Aşqabad şəhərinin beynəlxalq hava limanında Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə Xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva qarşılayıb.
Daha sonra Leyla Əliyeva ilə Oğulcahan Atabayeva arasında çay süfrəsi arxasında qısa görüş keçirilib.

