Azərbaycan İdman Akademiyasının Komanda İdman Növləri kafedrasının baş müəllimi, əməkdar məşqçi İsmayıl Əliyev vəfat edib.
Abatv.az xəbər verir ki, bu barədə Oxu.Az məlumat yayıb.
Bildirilib ki, İsmayıl Əliyev uzun illər idman sahəsində fəaliyyət göstərib və Azərbaycan İdman Akademiyasında baş müəllim kimi çalışıb.
Onun ölüm səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.